Bir nəfər azadlığa çıxdı - `Nardaran işi`


21:41     20 Dekabr 2016 1405689430_1391632478_cenubnews-hebs-yeni.jpg

Ötən il noyabrın 26-da Nardaranda baş verən hadisələrdən sonra həbs edilən şəxslərdən Əbülfəz Bünyadov azadlığa buraxılıb.


Bu barədə Femida.az-a vəkil Yalçın İmanov məlumat verib. Onun sözlərinə görə, Nəsimi rayon Məhkəməsində Ə. Bünyadovun azadlığa buraxılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edərək, onu azadlığa buraxıb.

Qeyd edək ki, Ə. Bünyadov hadisələr zamanı güllə yarası alıb və indiyə kimi Penitensiar xidmətin Müalicə Müəssisəsində müalicə olunurdu. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” hərəkatının həbsdə olan sədri Taleh Bağırov, AXCP sədri Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1287